`ASAN qatar` Siyəzəndə olacaq
01:08 25 İyul 2017
Səyyar ASAN qatar iyulun 24-dən avqustun 7-dək Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Femida.az-a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 28 iyuladək Xaçmaz şəhərində, 31 iyuldək İsmayıllı və Lerik rayonlarında, 29 iyuldək Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyuldək Tərtər şəhərində, 31 iyul tarixinədək isə Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Femida.az
Oxunub: 831
Oxşar xəbərlər
- `ASAN xidmət` işçilərinin peşə bayramı günü təsis edilib
- `ASAN Xidmət`də Heydər Əliyevin xatirəsi anılıb
- `ASAN xidmət` Monteneqro mətbuatında
- `ASAN Xidmət` xeyriyyə aksiyası keçirib
- `ASAN xidmət` 1 gün işləməyəcək
- `ASAN xidmət`ə 18 milyonuncu müraciət qeydə alınıb
- `ASAN İmza` üzrə vahid tarif tətbiq edilib
- `ASAN Kommunal`dan daha bir YENİLİK
- `ASAN peşə` üçün qeydiyyat vaxtı uzadılıb
- `ASAN kommunal`da yeni xidmət pəncərəsi açılıb